Dünya idmanında dönüş nöqtəsi – sanksiyalar ləğv edildi
Beynəlxalq Su İdman növləri Federasiyası (World Aquatics) Rusiya və Belarus idmançılarına tətbiq olunan sanksiyaları ləğv edib.
TodayPress TV qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki ölkənin təmsilçiləri artıq beynəlxalq yarışlarda öz bayraqları və himnləri ilə çıxış edə biləcəklər.
Qərara əsasən, Rusiya idmançıları üçün tamhüquqlu üzvlük də bərpa olunub. Bu isə onların beynəlxalq su idman növləri yarışlarında əvvəlki statusla iştirakına imkan yaradacaq.
Namiq HUN