DÇ-26: Norveç Seneqalı məğlub etdi

DÇ-26: Norveç Seneqalı məğlub etdi
23.06.2026 08:16 İdman

2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilib.

TodayPress TV xəbər verir ki, Norveç millisi Seneqalla qarşılaşıb.

Matç Bakı vaxtı ilə saat 04:00-da başlayıb.

Oyunda hesabı 43-cü dəqiqədə Norveç millisi açıb. Pedersen şimallıları önə keçirib. 48-ci dəqiqədə Haaland hesabı 2:0 edib.

Ancaq Seneqal İsmailla Sarrla fərqi azaldıb.

58-ci dəqiqədə Norveç yenidən fərqi 2 topa çatdırıb. Haaland dublunu rəsmiləşdirib.

Haalanda yenə Sarr cavab verib. Seneqallı futbolçu 90+3-cü dəqiqədə hesabı 3:2 edən qolu vurub.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər