DÇ-2026: İngiltərə yarımfinala yüksəldi - YENİLƏNDİ

DÇ-2026: İngiltərə yarımfinala yüksəldi - YENİLƏNDİ
12.07.2026 03:50 İdman

Futbol üzrə dünya çempionatında İngiltərə Norveçə qalib gəlib.

TodayPress TV xəbər verir ki, Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

İngilislərin heyətində Cud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

01:49

Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Norveç - İngiltərə oyununda hesab bərabərləşib.

TodayPress TV xəbər verir ki, İngiltərə millisi hesabı bərabərləşdirib - 1:1.

45+1-ci dəqiqədə Cud Belinqem adını tabloya yazdırıb.

01:39

Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Norveç - İngiltərə oyununda hesab açılıb.

TodayPress TV xəbər verir ki, Norveç millisi hesabı açıb - 1:0.

36-cı dəqiqədə Andreas Şelderul fərqlənib.

01:00

Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Norveç - İngiltərə oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, bu cütün qalibi turnirin yarımfinalında Argentina - İsveçrə duelinin qalibi ilə qarşılaşacaq.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər