DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub etdi
2026-cı il dünya çempionatında G qrupunun II turuna yekun vurulub.
TodayPress TV xəbər verir ki, turun son oyununda Yeni Zelandiya millisi Misirlə üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürüb.
Oyunda ilk qol 15-ci dəqiqədə vurulub. Yeni Zelandiya yığmasının üzvü Finn Serman komandasını hesabda önə çıxarıb. Afrika təmsilçisi ikinci hissədə, daha dəqiq desək, 58-ci dəqiqədə tarazlığı bərpa edib. Mustafa Ziko adını tabloya yazdırıb.
67-ci dəqiqədə Məhəmməd Salah komandasının ikinci qolunun müəllifi olub. 83-cü dəqiqədə isə Mahmud Hassan fərqi iki topa çatdırıb. Bu qol həm də oyunun yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, qrupun digər oyununda Belçika İranla heç-heçə (0:0) edib.