DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı

DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı
22.06.2026 23:09 İdman

Futbol üzrə dünya çempionatında Argentina Avstriyaya qalib gəlib.

TodayPress TV-nin məlumatına görə, Dallas stadionunda keçirilən J qrupunun II turunun matçında Cənubi Amerika təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qolları yığmanın lideri və kapitani Lionel Messi vurubş. O, 38 və 90+5-ci dəqiqələrdə fərqlənib.

Bununla da o, dünya çempionatları tarixində 18-ci qolunu vurub və Almaniya yığmasının sabiq forvardı Miroslav Klozeni (16) qabaqlayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da İordaniya Əlcəzairlə üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər