Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu
Avropa Oyunları Parkında (EGP Arena) keçirilən çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub.
TodayPress TV xəbər verir ki, yarışın 2-ci günündə 90 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıblar. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
U17 qızlar
45 kq
-
Gülnar Ağadadaşova (UGİM-2)
-
Gülay Xasməmmədova (Abşeron, "Mywrestling")
-
Vəfa Orucova (Müşfiqabad)
55 kq
-
Günel Kərimli (Abşeron, "Mywrestling")
-
Yağmur Məlikli (AHİTA, Abşeron)
-
Aişə Cabbarova (Sumqayıt)
65 kq
-
Fidan Babayeva (AHİTA, Abşeron)
-
Yağmur İsmayılzadə (Sumqayıt)
-
Mədinə Qasımova (Neftçi)
Kişilər
70 kq
-
Rübail İbrahimli (Abşeron)
-
İbrahim Musayev (Mywrestling)
-
İmamhüseyn Nəbiyev (Ağstafa)
80 kq
-
Cavid Niftəlizadə (FHN)
-
Mürşüd Hüseynov (AHİTA)
-
Tehran Əliyev (FHN)
90 kq
-
Ramiz Həsənov (Gəncə, Təhsil-1)
-
Fərid Cabbarov (Neftçi)
-
Nəsib İsayev (Ağstafa)
+90 kq
-
Camal Feyziyev (AHİTA)
-
İslam İlyasov (Abşeron)
-
Rəvan Musayev (Olimpsport).