Bu ölkə millisi dünya çempionu olacaq

Bu ölkə millisi dünya çempionu olacaq
10.07.2026 21:21 İdman

Artıq Fransa yarımfinaldadır və Mərakeşlə oyun bir daha sübut etdi ki, Fransanın zəif nöqtəsi yoxdur. Yadımdadır, 80-90-cı illərdə almanlar haqqında belə bir ifadə işlədirdilər ki, saat kimi işləyən komandadır, “alman maşını” ifadəsi də o zaman dəbdə idi. Bunu o vaxt Almaniyanın dünya və Avropa çempionatlarında stabil çıxışına əsaslanıb deyirdilər.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Natiq Muxtarlı 2026-cı il FİFA Dünya Kubokunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa millisini o dövrün Almaniya yığması ilə müqayisə etmək olmaz:

“Bu komandanı kim məğlub edə bilər? İspaniyanın yalnız bir məsələdə Fransadan üstünlüyü var – texniki baxımdan. İspaniya mükəmməl texnikalı oyunçulara sahibdir. Fransa komanda kimi güclüdür, İspaniya isə futbolun incəsənətidir, zərifliyidir”.

Ekspert hesab edir ki, əgər İspaniya yarımfinala adlasa, Fransa ilə üz-üzə gələcək və bu, erkən final olacaq:

“Düşünürəm ki, bu cütün qalibi dünya çempionu olacaq. Hazırkı oyun bunu göstərir. Hətta bu gün mən “Mançester Yunayted”in əfsanəsi Roy Kinin açıqlamasını oxumuşam. Deyir ki, Fransanı məğlub etməyin yalnız bir yolu var: birinci qolu sən vurmalısan. Yəni, ilk qolu vurandan sonra Fransanın sistemini dağıdırsan.

Amma indi sual yaranır: o qolu Fransaya vurmaq mümkün olacaqmı? Kim bacaracaq onu? Yəni İspaniya Fransaya o qolu vursa, Fransanı mübarizədən kənarlaşdıra bilər.

Fransanın dünənki oyunundan sonra favoritim Fransa olaraq qalır”.

Ekspert 2022-ci ildə dünya çempionu olan Argentina millisinin builki şanslarını aşağı qiymətləndirib.

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər