Böhran dərinləşir: iki klubdan biri Premyer Liqanı tərk edəcək
İdman
01.05.2026 16:27
“Mançester Yunayted” klubunun keçmiş futbolçusu Andrey Kançelskis London təmsilçisinin hazırkı böhran vəziyyətini şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yayıb.
Kançelskis qeyd edib ki, klubun zəngin tarixi, müasir stadionu və maliyyə imkanları var, lakin buna baxmayaraq komanda çətin durumdadır:
““Tottenhem” belə tarixə malik komandadır, möhtəşəm yeni stadionu və yaxşı maliyyəsi var. Nə baş verdiyini anlamaq çətindir. Onlar Premyer Liqanı tərk etmək riski ilə üzləşiblər. Onlara yazığım gəlir”.
O əlavə edib ki, “Tottenhem” aşağı düşməmək uğrunda “Vest Hem Yunayted” ilə mübarizə aparır və bu komandalardan birinin liqanı tərk edəcəyi qaçılmazdır.
Qeyd edək ki, hazırda “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədir.
Namiq HUN
tag: Andrey Kançelskis,Mançester Yunayted,Klub,Şərh,Todaypress.tv,
