“Beşiktaş” Ndidi ilə anlaşdı
“Beşiktaş” klubu “Lester”dən Vilfred Ndidinin transferini açıqlayıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
“Qara Qartallar” 28 yaşlı futbolçunun keçidinə görə 8 milyon avro ödəyəcək.
Xatırladaq ki, Vilfred Ndidi 2017-ci ildən “Lester”in formasını geyinirdi. O, son mövsümdə meydana çıxdığı 30 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN