“Bayer” Fernandesin transferini rəsmiləşdirdi
Almaniyanın “Bayer” klubu Argentina yarımmüdafiəçisi Esekiel Fernandesin Səudiyyə Ərəbistanının “Al-Qadisiya” komandasında transfer olunduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, 23 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və 6 nömrəli formanı geyinəcək.
İnsayder Florian Plettenberqin məlumatına görə, transferin ümumi dəyəri bonuslarla birlikdə 30 milyon avro təşkil edir. Bundan əlavə, “Al-Qadisiya” futbolçunun sonrakı satışından 10 faiz pay əldə edəcək.
Fernandes 2024/25 mövsümündə bütün turnirlərdə 37 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Töhfə Səməd