Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Giorgi Çikvadzeyə 7:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.