Azərbaycan qadın futbolunun reytinqi yüksəldi

Azərbaycan qadın futbolunun reytinqi yüksəldi
11.12.2025 16:54 İdman

Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandası 2025-ci ildə FIFA reytinqini 74-cü pillədə vurub.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 

Bildirilir ki, Azərbaycan yığma komandasının hesabında 1318.261 xal var.

Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv dekabr ayında Banqladeşdə keçirilən ““FIFA Tri Nations Women”s Football Series 2025” turnirinin qalibi olub.

Qeyd edək ki, FIFA reytinqinə İspaniya yığma komandası (2094.891) başçılıq edir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər