“Atletik”də dəyişiklik: Terziç komandaya rəhbərlik edəcək
İdman
05.05.2026 15:04
İspaniyanın "Atletik Bilbao" klubu yeni baş məşqçisinin adını rəsmən elan edib.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı bundan sonra Edin Terziç çalışdıracaq.
Məlumata görə, tərəflər 2028-ci ilin yayına qədər - iki mövsümlük müqavilə imzalayıb.
Terziçin son iş yeri “Borussiya Dortmund” klubu olub. O, 2018–2024-cü illərdə bu klubda köməkçi məşqçi, baş məşqçi və texniki direktor kimi fəaliyyət göstərib. Bundan əvvəl isə “Vest Hem Yunayted” və “Besiktaş” kimi klublarda çalışıb.
Qeyd edək ki, “Atletik”ə son olaraq Ernesto Valverde rəhbərlik edirdi. O, 2022-ci ildən komandaya başçılıq edir və mövsümün sonunda vəzifəsindən ayrılacaq. Valverdenin rəhbərliyi altında Bilbao təmsilçisi 192 oyun keçirib. Komanda bu görüşlərdən 91-də qələbə qazanıb, 43 oyunda heç-heçə edib, 58 qarşılaşmada isə məğlub olub.
Namiq HUN
tag: Atletik Bilbao,baş məşqçi,Edin Terziç,Klub,Todaypress.tv,
