“Arsenal” üçün tarixi mövsüm: iki kubok çox yaxındır!
İdman
06.05.2026 09:35
“Arsenal” cari mövsümdə həm UEFA Çempionlar Liqası, həm də İngiltərə Premyer Liqası titulunu qazanmağa yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə “Polymarket” məlumat yayıb.
Bildirilir ki, “Arsenal”ın mövsümü iki kubokla başa vurmaq ehtimalı yüksək qiymətləndirilir.
Proqnoz platforması “Polymarket”in hesablamalarına əsasən:
Ümumi uğur ehtimalı - 86%
Çempionlar Liqasını qazanmaq şansı - 40%
Premyer Liqa çempionluğu şansı - 80%
Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada 35 turdan sonra 76 xalla liderdir. “Mançester Siti” isə 34 oyundan sonra 71 xalla ikinci pillədə qərarlaşıb.
Finalda London təmsilçisi "PSJ" - “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Arsenal,İngiltərə Premyer Liqası,UEFA Çempionlar Liqası,Mançester Siti,PSJ,Bavariya,Todaypress.tv,
