Arina Kaluqina olimpia rekordunu yenilədi
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində keçirilən “Denis Ten Memorial Challenger” yarışında +2.91 ball toplayaraq “Dördlü Salxov” üzrə son olimpia rekordunu yeniləyib.
TodayPress TV xəbər verir ki, təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı uğurlu performansı ilə sonuncu dəfə rekorda imza atan yaponiyalı Mao Şimadanı geridə qoyub.
Qeyd edək ki, Arina Kaluqina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala sahib olub.
Namiq HUN