Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama

Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama
28.07.2026 10:00 İdman

“Şaxtyor” klubunun baş məşqçisi Arda Turan komandanın UEFA Çempionlar Liqasındakı ev oyunlarını böyük ehtimalla İngiltərənin paytaxtı Londonda keçirəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə “Fanatik” nəşrinə danışıb.

Arda Turan bildirib ki, klub ev oyunlarını Türkiyədə keçirmək istəsə də, UEFA-nın tələbləri buna imkan verməyib.

“Görünür, Londonda oynayacağıq. Türkiyəyə gəlmək istəyirdik, amma UEFA-nın tələbləri böyük çətinliklər yaradır. Əks halda, “Göztepe”, Bursa və ya Eskişehirdə türk azarkeşlərinin qarşısında oynamaq möhtəşəm olardı. Artıq heç nə etmək mümkün deyil. Londonda həm ukraynalı, həm də türk azarkeşləri – hamını dəstəkləməyə dəvət edirik”, – deyə Turan bildirib.

Qeyd edək ki, Ukrayna çempionu olan “Şaxtyor” UEFA Çempionlar Liqasında mübarizəyə turnirin əsas mərhələsindən başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər