“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yenilədi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqaviləni yenilədi
08.06.2025 16:40 İdman

"Araz-Naxçıvan" futbolçusu Vanderson Melo ilə yeni müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubdan xəbər veriblər.

Məlumata əsasən, braziliyalı yarımmüdafiəçi daha bir il Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Slavik Alxasov və Qara Qarayevlə müqavilənin müddətini uzadıb, Vadim Abdullayevlə yollarını ayırıb.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər