Antalyada ölkəmizin 4 güləşçisi medal qazandı

Antalyada  ölkəmizin 4 güləşçisi medal qazandı
19.04.2026 23:08 İdman

Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə  Azərbaycan Güləş Federasiyası  məlumat yayıb. 

yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.

Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc mükafat qazanıb.

Qadın güləşində isə ölkəmizi təmsil edən Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vurub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər