Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi

Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi
28.07.2026 10:36 İdman

Mövsümün sonunda “Qarabağ”dan ayrılan Emmanuel Addainin yeni klubu məlum olub.

TodayPress TV xəbər verir ki, Transfer dönəmində adı İtaliya, İspaniya və İngiltərə klubları ilə hallansa da, qanalı hücumçu karyerasını Belçika Pro Liqasında davam etdirmək qərarına gəlib.

E.Addai “Leuven” klubu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2024-cü ildən “Qarabağ” klubunun formasını geyinirdi. Addai son mövsümdə həm Azərbaycan çempionatında, həm də UEFA Çempionlar Liqasında uğurlu oyunları ilə diqqət çəkmişdi.  

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər