Tovuzda Kür sahilində yanğın baş verdi

Tovuzda Kür sahilində yanğın baş verdi
21.08.2025 20:30 Hadisə

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

TodayPress TV-nin məlumatına görə, yanğın Kür çayının sahilində, Ceyrançöl ərazisində qeydə alınıb.

Ərazidə kol-kos və quru otlaq sahəsi yanıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlıqda olan təsərrüfatlar yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər