Sumqayıtda çörək sexindəki yanğın söndürüldü
Sumqayıt şəhərində çörək sexində yanğın hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə "Stansiya Sumqayıt" qəsəbəsi ərazisində qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi genişlənməsinə imkan vermədən yanğını qısa müddətə söndürüblər.