Su kanalından qadın meyiti çıxarıldı: Şəxsiyyəti məlum olub

Su kanalından qadın meyiti çıxarıldı: Şəxsiyyəti məlum olub
30.05.2026 19:12 Hadisə

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

TodayPress TV xəbər verir ki, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər