Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
17.05.2025 14:05 Hadisə

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı Q.Nəcəfov saxlanılıb. 

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Onun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı marixuana aşkar olunaraq götürülüb.

Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən edilib. 

 Araşdırma aparılır.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər