İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi

İşə düzəltmək adı ilə 100 minlik dələduzluq - Qazi həbs edildi
19.08.2025 21:20 Hadisə

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən,  Vətən Müharibəsi qazisi, 28 yaşlı İ.Əliyev saxlanılıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən bildirir ki, o zərərçəkmişləri işlə təmin edəcəyinə və təqaüd düzəldəcəyinə dair yalan vədlər verərək 30-a yaxın şəxsdən ümumilikdə 100.000 manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə  İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər