Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - Avtomat aşkarlandı

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - Avtomat aşkarlandı
14.05.2026 15:24 Hadisə

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə TodayPress TV-yə Ədliyyə Nazirliyindən verilən məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər