DGK 700 karat brilyant aşkarladı

DGK 700 karat brilyant aşkarladı
25.07.2025 16:31 Hadisə

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların növbəti dəfə ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

TodayPress TV Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700,6 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər