Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Avqustun 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 6 tüfəng, 18 patron darağı və 2184 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.