Zelenski: "Ukraynanın Aİ-yə üzvlüyü Avropanın təhlükəsizliyidir"

Zelenski: "Ukraynanın Aİ-yə üzvlüyü Avropanın təhlükəsizliyidir"
27.01.2026 17:07 Dünya

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü təkcə Kiyev üçün deyil, bütövlükdə Avropa üçün əsas təhlükəsizlik zəmanətlərindən biridir.

TodayPress TV xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın kansleri Kristian Ştokkerlə danışıqlardan sonra “Telegram” kanalında yazıb.

Prezident bildirib ki, Avropanın ümumi gücü Ukraynanın təhlükəsizliyi, eləcə də texnoloji və iqtisadi töhfələri hesabına formalaşa bilər.

Zelenski vurğulayıb ki, məhz bu səbəbdən Ukrayna Aİ-yə üzvlük üçün konkret tarix kimi 2027-ci ili müzakirə edir və bu mövqeyə tərəfdaş ölkələrin dəstəyinə ümid edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər