Zelenski meydan oxudu: “Onları üstələyəcəyik”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yüksək texnologiyalı silah istehsalı sahəsində uzunmüddətli perspektivdə Rusiyanın imkanlarını üstələyə biləcək potensiala çatdığını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski bu barədə Ali Baş Komandanlığın Qərargah iclasından sonra özünün Telegram kanalında paylaşım edib.
“Dövlətimiz və silah istehsalçılarımız mühüm nailiyyət əldə edib. Ukrayna artıq elə həcmdə yüksək texnologiyalı silah istehsal etmək imkanına malikdir ki, bu, uzunmüddətli perspektivdə Rusiyanın imkanlarını üstələyə bilər. Bu gün iclasda əsas diqqəti məhz bu məsələyə yönəltdik”, – deyə Ukrayna lideri vurğulayıb.
Kübra Musayeva