Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir

Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir
03.07.2026 20:57 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında ticarət və investisiyalar başda olmaqla ikitərəfli münasibətlərin bütün istiqamətləri müzakirə ediləcək. Tərəflər, həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Burhanəddin Duran qeyd edib ki, səfər çərçivəsində Türkiyə–Pakistan İş Forumunun keçirilməsi də nəzərdə tutulur.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər