Suriyanın müdafiəsi türk generala tapşırıldı

Suriyanın müdafiəsi türk generala tapşırıldı
03.07.2026 19:00 Dünya

Suriya ordusunda nəzərdə tutulan yeni islahatlar çərçivəsində Dəməşqin müdafiəsi və ölkənin cənub sərhədlərinin mühafizəsinin türkəsilli general Muxtar Turkiyə həvalə olunması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Syria TV məlumat yayıb.

Məlumata görə, Suriya Müdafiə Nazirliyi silahlı qüvvələrin yenidən təşkili layihəsini müzakirə edir. Layihəyə əsasən, ordu Şərq, Şimal, Mərkəz, Dəməşq və Qərb istiqamətlərinə cavabdeh olacaq beş korpusa bölünəcək.

Bildirilir ki, Muxtar Turki Suriyanın keçid prezidenti Əhməd əl-Şaraanın ən yaxın silahdaşlarından biri hesab olunur. Onun rəhbərlik edəcəyi korpusun Dəməşqin müdafiəsinə və İsraillə həmsərhəd Suriyanın cənub bölgələrinin təhlükəsizliyinə cavabdeh olacağı iddia edilir.

Qeyd olunur ki, Muxtar Turki daha əvvəl İdlibdə fəaliyyət göstərən silahlı qruplaşmalarda müxtəlif rəhbər vəzifələrdə çalışıb və Dəməşq əməliyyatlarının əsas komandirlərindən biri olub.

Qeyd edək ki, bu məlumat hələlik Suriya hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər