Trampa qarşı dediyi sözlərdən sonra mayor polisə aparıldı

Trampa qarşı dediyi sözlərdən sonra mayor polisə aparıldı
03.07.2026 21:44 Dünya

ABŞ Hərbi Hava Qüvvələrinin mayoru Ceyson Uotson Konqres binası yaxınlığında keçirilən mitinqdə Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılmasına çağırış etdikdən sonra polis tərəfindən saxlanılıb.

TodayPress TV xəbər verir ki, Uotson çıxışı zamanı Prezident Donald Trampı və vitse-prezident Cey Di Vensi İranda və Venesuelada həyata keçirilən hərbi əməliyyatlara, eləcə də hazırkı administrasiyanın miqrasiya siyasətinə görə tənqid edib.

Məlumata əsasən, mayor “izdihamın təşkil edilməsi və ictimai narahatlıq yaradılması” ittihamı ilə saxlanılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər