Zaxarova: "Rusiya İsrailin Livana hücumunu qınayır"
Dünya
18.03.2026 19:04
Rusiya İsrailin Livandakı mülki obyektlərə endirdiyi zərbələri qətiyyətlə pisləyir.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, quru əməliyyatının başlanması vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
“Biz bu ayrı-seçkilik etmədən həyata keçirilən güc tətbiqini qətiyyətlə pisləyirik və mülki əhaliyə qarşı hər hansı hücumun yolverilməzliyi ilə bağlı prinsipial mövqeyimizi dəfələrlə bəyan etmişik”, – deyə o qeyd edib.
Zaxarova həmçinin vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin Livanın cənubunda elan etdiyi məhdud quru əməliyyatı münaqişənin daha da kəskinləşməsinə gətirib çıxara bilər.
Jalə Rövşən
tag: Livan ,İsrail ,Mariya Zaxarova,Mariya Zaxarova ,Todaypress.tv,
