"Yoxluğ"u ilə İranı idarə edən MÜCTƏBA MÜƏMMASI
Dünya
22.04.2026 15:38
İranın yeni ali lideri Müctəba Xamenei altı həftə əvvəl elan olunmasından bəri ictimaiyyət qarşısına çıxmayıb və onunla bağlı hər hansı rəsmi çıxış da yayımlanmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Nəşr yazıb ki, müşahidəçilərin fikrincə, bu yoxluq hazırda rejim üçün faydalı siyasi alətə çevrilib.
Məlumata görə, o, atasının — Əli Xamenei — ölümünə səbəb olan hücum zamanı xəsarət alıb: ayağı sınıb, göz nahiyəsində zədə yaranıb və müxtəlif kəsiklər qeydə alınıb.
Bildirilir ki, Müctəba Xamenei rəsmi görüşlərdə əsasən səsli bağlantı vasitəsilə iştirak edir, strateji qərarları təsdiqləyir, lakin gündəlik idarəetməyə birbaşa müdaxilə etmir.
Eyni zamanda, iddialara görə, rejim onun ictimai fəallığını nümayiş etdirmək üçün süni intellekt texnologiyaları ilə hazırlanmış videomateriallardan istifadə edir.
Analitiklər hesab edirlər ki, rəsmi şəxslər onun adını sərt xətt tərəfdarlarının tənqidlərindən qorunmaq üçün siyasi “örtük” kimi təqdim edirlər.
Bundan əlavə, ABŞ rəsmisi J.D. Vens uğursuz İslamabad danışıqlarından sonra İran nümayəndə heyətinin qərarların təsdiqi üçün “başqa bir mərkəzə” qayıtmalı olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Hörmüz boğazı ilə bağlı qərarları ali rəhbərlik təsdiqi olmadan açıqladığı üçün sərt xətt tərəfdarlarının tənqidinə məruz qalıb.
Ümumilikdə, müşahidəçilər qeyd edirlər ki, faktiki qərarların kim tərəfindən verildiyi aydın deyil və mövcud vəziyyət rejimin maraqlarına uyğun şəkildə qorunur.
Jalə Rövşən
tag: İran,Müctəba Xamenei,İslamabad,Abbas Əraqçi,Todaypress.tv,
NYT: Rutte NATO sammitinin pozulacağından qorxur
27.05.2025
NATO-nun Baş katibi Mark Rutte iyun ayında keçiriləcək illik sammitin ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volo...
Çexiyada Nazirlər Kabinetinin istefası gözlənilir
06.11.2025
Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palatası) ilk iclası başa çatıb və Baş nazir Petr Fialanın rəhbərlik...
İran BƏƏ-yə Fars körfəzi adaları ilə bağlı sərt xəbərdarlıq etdi
06.12.2025
İran Fars körfəzindəki adalara dair iddiaları səbəbilə BƏƏ-ni kəskin şəkildə tənqid edib və bu mövqeyi Əbu-Dabinin regio...
ABŞ Avropa ölkələrinə yeni tariflər tətbiq etdi
17.01.2026
Vaşinqton administrasiyası Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Niderlanda 10% tar...
Tramp 2028-ci ildə keçiriləcək seçkilərdə kimi dəstəkləyəcək?
10.03.2026
ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi administrasiyas...
Ukrayna və ABŞ bu sənəd üzrə razılığa gəldilər
03.01.2026
Ukrayna və ABŞ dörd bölmə və düzəlişlərdən ibarət hərbi sənəd üzərində razılığa gəliblər.TodayPress TV "UNİAN...
Paşinyan Polşaya getdi
25.02.2026
Nikol Paşinyan Polşaya rəsmi səfərə gəlib. TodayPress TV xəbər verir ki, bu barədə görüntülər onun “Telegram” kanal...
Hindistan: Nə ABŞ, nə də Aİ bizə qarışa bilər
06.08.2025
“ABŞ və Avropa İttifaqı (Aİ) Hindistanın hansı ölkə ilə ticarət aparacağına qərar verə və onun xarici siyasət qərarların...
Fransada 45 min nəfər işıqsız qaldı
25.05.2025
Fransanın cənubunda elektrik stansiyasında baş verən yanğın, 45 min insanın elektriklə təminatını müvəqqəti olaraq dayan...
Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil oldu
14.10.2025
"Qəzzaya son iki gündə rekord həcmdə humanitar yardım daxil olub"TodayPress TV xəbər verir ki, bunu hakim Ədalət və İnki...
