Yaponiyada yenidən zəlzələ: Sunami xəbərdarlığı verildi
Yaponiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, ölkənin Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri Tokio yaxınlığındakı Tiba prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Tokioda da hiss olunub. Hadisədən dərhal sonra sunami xəbərdarlığı edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv olunub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, iyunun 25-də Yaponiyada baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində 10 nəfər xəsarət almışdı.
Türkan İsgəndərli