Yaponiyada qar yağışı nəticəsində ölənlərin sayı 29-a çatdı

Dünya

31.01.2026 12:37

Bu qış Yaponiyanın bəzi yerlərində yağan qar nəticəsində ən azı 29 nəfər ölüb, təxminən 300 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, ən çox ölüm hadisəsi Niiqata prefekturasında qeydə alınıb.  Burada 12 nəfər ölüb, 94 nəfər yaralanıb. Akita prefekturasında 8 nəfər ölüb, 79 nəfər yaralanıb. Hokkaydoda isə yanvar ayında beş nəfər ölüb.

Ölüm halları arasında qar təmizləyərkən damdan yıxılanlar, eləcə də yol və cığırlar təmizlənərkən xəstələnənlər var. Yerli hakimiyyət orqanları bütün bu halları qar yağışının təsirləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, son günlər Yaponiyanın bir neçə prefekturasında, əsasən Niiqata, Hokkaydo, Akita və Yamaqatada güclü qar yağışı baş verib. 

Aysel Mətləb

TodayPress TV

tag: Yaponiya,Qış,Qar,Ölən,Todaypress.tv,