Volqoqradda neft bazası vuruldu

Volqoqradda neft bazası vuruldu
15.12.2025 11:31 Dünya

Bazar günü gecəsi Rusiyanın Volqoqrad vilayətinin Uryupinsk şəhərində dron hücumu nəticəsində neft bazasında yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın ocağı qeydə alınıb. Təhlükəsizlik məqsədilə neft bazasının yaxınlığında yerləşən evlərin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

“Astra” teleqram kanalı isə açıq mənbələrə istinadla yazır ki, Uryupinskdə yerləşən “AlfaOyl” MMC-yə məxsus neft bazasında 18 rezervuar mövcuddur. Qeyd olunur ki, bu obyekt 3 dekabr tarixində də dron hücumuna məruz qalıb.

(“AzPolitika.info”)

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər