Venesuelada dəhşətli zəlzələ: Tramp bütün qurumlara təcili hazırlıq əmri verdi

Venesuelada dəhşətli zəlzələ: Tramp bütün qurumlara təcili hazırlıq əmri verdi
25.06.2026 08:39 Dünya

Venesuelada baş verən güclü zəlzələlərdən sonra ABŞ Prezidenti Donald Tramp ölkənin dövlət qurumlarına yardım üçün hazır olmağı tapşırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, 7,2 və 7,5 bal gücündə iki zəlzələ geniş dağıntılara və çoxsaylı insan itkilərinə səbəb olub. O, ABŞ-nin Venesuelaya kömək etməyə hazır olduğunu vurğulayıb.

İyunun 24-də baş verən zəlzələlər nəticəsində paytaxt Karakasda binalara ciddi ziyan dəyib. Mayketiya Simon Bolivar Beynəlxalq Hava Limanında terminalın damının bir hissəsi çöküb və bütün uçuşlar dayandırılıb.

Ölkədə fövqəladə vəziyyət elan olunub. Həlak olan və yaralananların dəqiq sayı hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər