Vaşinqton Ər-Riyada milyardlar dəyərində raket satacaq

Vaşinqton Ər-Riyada milyardlar dəyərində raket satacaq
31.01.2026 11:58 Dünya

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına potensial olaraq 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin satışını təsdiqləyib. 

TodayPress TV xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah satışında məsul olan Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-dən 730 ədəd “PAC-3 MSE” yer-hava raketi və əlaqəli avadanlıq almasını istəyib. Əməliyyat Dövlət Departamenti tərəfindən təsdiqlənib və ABŞ Konqresinə bildiriş təqdim edilib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğundur. Sənədin mövqeyinə görə, Ər-Riyada silah satışı regionda güc balansını dəyişdirməyəcək. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər