Ukrayna Rusiyanı “zəif nöqtədən” vurur: 3 həlledici zərbə xətti
Dünya
03.05.2026 10:08
Ukraynanın Rusiyaya qarşı son hücum strategiyası artıq daha aydın görünür: məqsəd təkcə hərbi obyektləri deyil, bütöv enerji sistemini iflic etməkdir.
TopdayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Musienkon bildirib.
Onun sözlərinə görə, bu yanaşma üç əsas istiqamət üzərindən qurulub və zərbələr bir-biri ilə əlaqəli şəkildə həyata keçirilir.
Birinci istiqamət neft ixracına zərbədir. Bu çərçivədə “kölgə donanması”na aid gəmilər, o cümlədən “Markiz” kimi tankerlər hədəfə alınır. Məqsəd Rusiyanın xarici bazarlara neft çıxarma imkanlarını zəiflətməkdir.
İkinci istiqamət neft emalı infrastrukturudur. Hücumlar nəticəsində bəzi zavod və terminallar demək olar ki, sıradan çıxarılıb. Bu isə həm daxili təchizata, həm də ixraca ciddi təsir göstərir.
Üçüncü istiqamət isə nəqliyyat zənciridir. Neft nasos stansiyaları və logistika xətləri vurularaq xammalın daşınması çətinləşdirilir. Bu üç komponent birlikdə Rusiyanın enerji təminatını və hərbi yanacaq ehtiyatlarını hədəfə alır.
Ekspert hesab edir ki, bu strategiya artıq effektivliyini göstərir və genişləndiriləcək. Bununla yanaşı, rəsmi Moskvanın zərbələrin real nəticələrini gizlətməyə çalışdığı da vurğulanır.
Jalə Rövşən
tag: Rusiya ,Ukrayna ,Hücum ,Enerji ,Todaypress.tv,
Ərdoğan Əhməd əl-Şaraa ilə görüşdü
24.05.2025
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüş keçirib. TodayPress T...
Litva Prezidentinin təyyarəsi eniş edə bilmədi
03.09.2025
Litva Prezidenti Gitanas Nausedanın təyyarəsi Vilnüsdə dərhal eniş edə bilməyib.TodayPress TV xəbər verir ki, bu ba...
Türkiyədən Yunanıstana sərt reaksiya: “Bu addım hüquqi nəticə doğurmur”
21.07.2025
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın biri Egey dənizində, digəri isə İon dənizində olmaqla iki dəniz parkı elan e...
ABŞ yayın ikinci yarısında defoltla üzləşə bilər
11.06.2025
Amerika Birləşmiş Ştatlar artıq yay aylarının ikinci yarısında dövlət borcu üzrə defoltla üzləşə bilər.TodayPress TV&nbs...
Britaniya Hörmüz boğazında missiyaya hazırlaşır
17.04.2026
Britaniya gəmiçilik azadlığını qorumaq məqsədilə Hörmüz boğazında hərbi missiya yerləşdirməyə hazırdır. TodayPress TV xə...
Britaniya Ukraynaya 150 milyonluq hərbi yardım göndərdi
21.07.2025
Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, bu il üçün nəzərdə tutulmuş 700 milyon funt sterlinqlik hərbi yardım pa...
Rusiya NATO kontingentlərinin artmasından narahatdır
28.05.2025
Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Rusiya ilə sərhəd bölgələrində hərbi kontingentlərini artırmasından ci...
Somalidə partlayış: 11 nəfər öldü
18.05.2025
Moqadişoda hərbi xidmət mərkəzi yaxınlığında baş verən partlayışda azı 11 nəfər həyatını itirib, bir neçə nəfər isə yara...
II Qaregin yepiskopu geri çağırdı
16.03.2026
Bütün ermənilərin katolikosu II Qaregin Vayots Dzor yeparxiyasının yepiskopu Abraham Mkrtçyanı vəzifəsindən geri çağırıb...
İran Əfqanıstandakı zəlzələ qurbanlarına humanitar yardım göndərdi
02.09.2025
İran Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda zərərçəkənlərə təcili humanitar yardım göndərməyə başlayıb.TodayPress TV xəbər...
