Ukrayna lideri Almaniya kanslerinə təşəkkür etdi

Dünya

30.01.2026 11:24

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya müharibənin ilk günlərindən göstərdiyi köməyə görə təşəkkür edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Ukrayna lideri Almaniya kansleri Fridrix Merts ilə telefon danışığı apardığını vurğulayıb. 

“Berlin ukraynalıların həyatını xilas etmək və Rusiya təcavüzünə qarşı özümüzü müdafiə etmək qabiliyyətimizə son dərəcə əhəmiyyətli töhfə verir. Mən koordinasiyamızı çox yüksək qiymətləndirirəm", - deyə Zelenski bildirib.

Ölkə başçısı qeyd edib ki, Almaniyanın Kiyevin müdafiəsinə göstərdiyi yardım, bir çox cəhətdən digər Avropa ölkələrinin dəstəyi ilə müqayisədə ən böyük yardımlardan biridir. 

"Enerji sektorumuzun və şəhərlərimizin əhəmiyyətli bir hissəsini qoruyan Alman “Patriot” və “IRIS-T” hava hücumundan müdafiə sistemlərididir. Artıq əhəmiyyətli bir enerji dəstəyi paketimiz var. Bu kimi hər addım Ukraynanı daha da gücləndirir. Belə konkret dəstəyə görə təşəkkür edirəm”, - deyə o əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Berlin ,Ukrayna ,Merts ,Zelenski ,Todaypress.tv,