Ukrayna Krımda vacib körpünü belə partlatdı - VİDEO
Ukrayna ordusu Krımdakı Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsünü partladıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyatlar Xidməti məlumat yayıb.
“Krımdakı Şimali Krım kanalı üzərindəki dəmir yolu körpüsü artıq mövcud deyil”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, körpü Krım yarımadasını Ukraynanın materik hissəsi ilə birləşdirir.
Jalə Rövşən