Ukrayna "F-16"larla bağlı iddianı təkzib etdi

Ukrayna "F-16"larla bağlı iddianı təkzib etdi
17.02.2026 14:28 Dünya

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat "F-16" qırıcılarının Qərb pilotları tərəfindən idarə olunması barədə məlumatı təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

“Biz dərhal təkzib etmədik və düşmənimizin reaksiyasını görmək istədik… Bu reaksiyanı mütləq araşdıracağıq. Lakin demək istəyirəm ki, səmaımızda bizim pilotlarımız uçur və elə nəticələr göstərirlər ki, xaricilər sadəcə təəccüblənirlər”, – deyə İqnat bildirib.

Bundan əvvəl “Intelligence Online” nəşri Ukraynaya verilmiş "F-16" qırıcılarının bir hissəsinin amerikalı və niderlandlı pilotlar tərəfindən idarə olunduğunu yazmışdı.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər