Uitkoff ABŞ-nin İranla razılaşma şansı olduğunu iddia edir

Uitkoff ABŞ-nin İranla razılaşma şansı olduğunu iddia edir
26.03.2026 20:30 Dünya

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Tehran digər mümkün alternativlərin olmamasını etiraf etdiyi təqdirdə, ABŞ-nin İranla razılığa gəlmək şansı olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, kabinet iclasında danışıb.

"Əgər İranı dönüş nöqtəsində olduğumuza, iranlılar üçün daha çox ölüm və dağıntıdan başqa alternativ olmadığına inandıra bilsək, onda razılaşma əldə etmək imkanı var. Buna nail olunarsa, bu, İran, bütün region və dünya üçün gözəl olacaq", - deyə Uitkoff vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər