Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 125 nəfər saxlanıldı
Türkiyədə İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyatlar ölkənin 25 vilayətində aparılıb. Təhlükəsizlik tədbirləri nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 125 nəfər saxlanılıb.
Əməliyyatların terrorla mübarizə çərçivəsində davam etdiriləcəyi bildirilib.
Türkan İsgəndərli