Türkiyədə ağır yol qəzası - İki nəfər öldü, səkkiz nəfər yaralandı

Türkiyədə ağır yol qəzası - İki nəfər öldü, səkkiz nəfər yaralandı
22.09.2025 23:40 Dünya

Türkiyədə mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

TodayPress TV ”Haber Global"a istinadən xəbər verir ki, hadisə Qaziantep vilayətində, Qaziantep- Şanlıurfa yolunda qeydə alınıb.

Qəzaya səbəb mikroavtobusun təkərinin partlaması olub. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər