Türkiyədə 62 qanunsuz miqrant saxlanıldı
Türkiyənin İzmir şəhərinin sahillərində 62 qanunsuz miqrant saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Çeşmə yaxınlığında rezin qayıqda olan bir qrup qanunsuz miqrant haqqında məlumat daxil olub. Daha sonra əraziyə sahil mühafizəsi xidmətinin qayığı göndərilib.
Qayıq xidmətin əməkdaşları tərəfindən saxlanılıb və 3-ü uşaq olmaqla 44 qanunsuz miqrant aşkarlanıb.
Aynur TAC