Türkiyə Rusiya neftinin alınması ilə bağlı ABŞ-yə cavab verdi
“Rusiya neftinin alınması məsələsini Türkiyənin özəl sektoru həmişə müstəqil şəkildə həll edib”.
TodayPress TV xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar deyib.
ABŞ-nin Rusiya neftinin idxalından imtina tələblərini şərh edən Bayraktar bildirib ki, bu, kommersiya qərarları sahəsinə aiddir və Türkiyə hökuməti yerli biznesin nefti kimdən ala biləcəyi və kimdən ala bilməyəcəyi məsələsinə müdaxilə etməyə ehtiyac duymayıb.
Nazirin sözlərinə görə, idxalçılar neft tədarükçülərini öz biznes maraqları əsasında seçirlər.
Bundan əvvəl Bayraktar bəyan etmişdi ki, Türkiyə Rusiya təbii qazı alışını dayandırmaq niyyətində deyil.
Aysel Mətləb