Türkiyə “Google”a qarşı yeni araşdırmaya başladı

Türkiyə “Google”a qarşı yeni araşdırmaya başladı
05.02.2026 02:00 Dünya

Türkiyənin Antiinhisar İdarəsi rəqabətə mane olmaqda ittiham olunaraq “Google" şirkətinə qarşı yeni araşdırma başladıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, “Google”un mobil cihaz istehsalçıları ilə bağladığı müqavilələr və onun bazar təcrübələri ilə bağlı araşdırma başlanılıb.

Bildirilib ki,  araşdırma “Google” ilə mobil cihaz istehsalçıları arasında bağlanmış müqavilələrlə bağlıdır.  

Antiinhisar araşdırmasına görə,  2018-ci il qərarından sonra “Google” müqavilələrinin strukturunu dəyişdirib, lakin maliyyə təşviqləri vasitəsilə dominant bazar mövqeyini qoruyub saxlamağa davam edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər