Trampdan SƏRT XƏBƏRDARLIQ: "Maliki qayıdarsa..."

Trampdan SƏRT XƏBƏRDARLIQ: "Maliki qayıdarsa..."
28.01.2026 14:56 Dünya

ABŞ Prezidenti Donald Tramp keçmiş İraq Baş naziri Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıtmaq ehtimalına sərt reaksiya verib və Bağdadı açıq şəkildə xəbərdar edib.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Tramp İraqın İranın dəstəklədiyi Nuri əl-Malikini yenidən Baş nazir seçəcəyi təqdirdə, Vaşinqtonun ölkəyə dəstəyini dayandıracağını bildirib.

ABŞ Prezidenti sosial şəbəkədə paylaşımında qeyd edib ki, Maliki sonuncu dəfə hakimiyyətdə olarkən ölkə yoxsulluq və tam xaosa sürüklənmişdi və bunun bir daha təkrarlanmasına yol verilməməlidir. Tramp Maliki­nin siyasətini və ideologiyasını “ağlasığmaz” adlandırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər